19 Oktyabr 2019 17:26
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı gözlənilir.

Gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gün ərzində mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-17° isti, gündüz 21-25° isti, Bakıda gecə 15-17° isti, gündüz 22-24° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 21-26° isti, dağlarda gecə 6-11° isti, gündüz 13-18° isti təşkil edəcək.


Müəllif: Teleqraf.com