21 Oktyabr 2019 13:20
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunda səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatına cəmiyyətin ayrı-ayrı kəsimləri dəstək ifadə etməkdə davam edir.

Teleqraf.com-un məlumatına görə, Azərbaycan Dillər Universitetinin müxtəlif dillərdə təhsil alan tələbələri də ölkə başçısına dəstək veriblər.

Onlar fransız, alman, yapon, norveç, ispan, hind və erməni dillərində “Qarabağ Azərbaycandır və nida işarəsi”, “Gec-tez Qarabağımıza qayıdacağıq!”, “Qarabağ Azərbaycanın əzəli torpağıdır”, “Qarabağ Azərbaycanındır, işğala son qoy! şüarları səsləndiriblər.

Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq, deyib: “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

Fləşmobu təqdim edirik:

Sevinc Səfail


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər