21 Oktyabr 19:27

“Azərkitab Kitab Mərkəzi” ndə Mərkəzin direktoru Misirxan Həsənov ilə tanınmış yazar, ictimai-siyasi xadim, Adıgözəl Məmmədov arasında müəllif lisenziya müqaviləsi imzalanıb.

“Azərkitab” Kitab Mərkəzindən Teleqraf.com-a bildirilib ki, bu müqaviləyə əsasən “Azərkitab” Adıgözəl Məmmədovun 5 kitabını, 4 –ü rus və 1- i azərbaycan dilində olan əsərlərinin nəşrini və çapını həyata keçirərək, dünyanın bir sıra ölkələrinə ixracını təmin edəcək.

Bu razılaşma “Azərkitab”ın müəllifin kitablarının təqdimatlarını həm Bakıda, həm də Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində, eləcə də MDB ölkələrində təşkilini nəzərdə tutur.

Qeyd edək ki, “Azərkitab” Kitab Mərkəzinin ikinci nəşri olan Adıgözəl Məmmədovun "Досье Расстрелянного Руководителя Азербайджана- М.Д.Багиров" kitabının təqdimatı və imza günü keçirildi.

Tədbiri giriş sözü ilə açan Mərkəzin layihə rəhbəri Sabir Həsənov qeyd etdi ki, Azərbaycanın bir çox yazıçı və alimləri ilə bu istiqamətdə əməkdaşlıq etmək və onları dünya ölkələrində təbliğ etmək niyyətindədir. Tədbirdə ziyalılarımız, millət vəkilləri, elm adamları yanaşı gənc nəslin nümayəndələri iştirak etməsini yüksək qiymətləndirdi. Sabir Həsənov bu cür tədbirlərin keçirilməsinin gənclərin milli ruhda ttərbiyələnməsinə müsbət təsir göstərdiyini qeyd etdi.

Çingiz Abdullayev və Adıgözəl Məmmədova mərkəz tərifindən 32-ci Moskva Beynəlxalq Kitab Sərgisində kitablarına göstərilən böyük marağa görə Fəxri Diplom təqdim olundu.

Xalq yazıçısı Çingiz Abdullayev çıxışı zamanı Adıgözəl Məmmədovun tarixi faktlara əsaslanan kitabı haqqında təqdiredici fikirlər səsləndirdi.

Millət vəkili Fəzail İbrahimli çıxışında tarixi həqiqətləri eks etdirən kitabların nəşr olunmasını gənc nəsil və xalqımız üçün böyük töhfə olduğunu vurğuladı.

Millət vəkili Araz Əlizadə çıxış edərək kitabı yüksək qiymətləndirdi və müəllifi təbrik etdi.

Millət vəkili Elçin Quliyev Mircəfər Bağırov fəaliyyəti haqqında kitabın çap olunmasını yüksək qiymətləndirdi.

Xalq şairi Vahid Əziz bu kitabın nəşrin yüksək qiymətləndirdi. Xalq arasında Mircəfər Bağırov haqqında yaradılmış mənfi rəylərin silinməsinə böyük təsiri olacağını vurğuladı.

Millət vəkili Elman Nəsirli çıxışı zamanı Mircəfər bağırovun Azərbaycan tarixindəki rolundan söz açdı. Onun və digər tarixi şəxsiyyətlər haqqında kitabların nəşr olunmasını əhəmiyyətini vurğuladı. Bu tip tarixi həqiqətlərə əsaslanan kitabların təbliği Azərbaycanın mənfur düşmanlarına və tarixi tərif edənlərə yaxşı cavab olduğunu qeyd etdi.

Sonda müəllif Adıgözəl Məmmədov tədbir iştirakçılarına təşəkkürünü, Azərkitabın rəhbərliyinə yaratdığı şəraitə görə minnətdarlığını bildirdi.


Müəllif: Teleqraf.com