22 Oktyabr 13:42

Azərbaycan Prezidenti sonuncu iqtisadi müşavirədə xüsusi vurğuladı kı, büdcədə xərclər məqsədyönlü şəkildə şişidilir. Biz prezidentə dəstək verməliyik. Şişirdilən xərclərin qarşını almalıyıq.

Teleqraf.com xəbər verir ki, bu sözləri BAXCP sədri, deputat Qüdrət Həsənquliyev Milli Məclisdə “Büdcə sistemi haqqında” qanuna dəyişiklik edilməsi haqda məsələnin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, qanunun 12-ci maddəsinə əsasən hansı sənədlərin Milli Məclisə təqdim edilməsi göstərilib: “Orada açıq qeyd edilir ki, mühüm investisiya proqramlarını özündə əks etdirən dövlət investisiya layihələri də təqdim edilməlidir. Amma bizə ümumi məlumatlar verilir, konkret olaraq hansı obyektə nə qədər vəsaitin ayrılacağını bilmirik.

Mən Milli Məclis rəhbərliyindən xahiş edirəm ki, büdcənin layihə sənədi parlamentə daxil olarkən bütün sənədlər təqdim edilməsə onu qəbul etməsin.

Eləcə də Hesablama Palatasında deyilməlidir ki, investisiya layihələrini dəqiq göstərin, bilinsin ki, hansı obyekt neçəyə başa gəlir. Hesab edirəm ki, bu cür fəaliyyətlə prezidentə dəstək və kömək edə bilərik”.


Müəllif: Cavad