22 Oktyabr 2019 17:13
451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev "Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında" sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, sərəncamla “Çıraqqala” və “Şabran şəhəri” tarixi qoruqlarının ərazisi “Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib.

Şəmkir rayonunun tarixi ərazisi “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib.

Ağsu rayonunun tarixi ərazisi “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib.

Mədəniyyət Nazirliyinə “Nizami Gəncəvi məqbərəsi” kompleksinin Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibində fəaliyyətini təmin etmək; “Çıraqqala–Şabran”, “Qədim Şəmkir Şəhəri” və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının idarə olunmasını təmin etmək tapşırılıb.\


Müəllif: Teleqraf.com