22 Oktyabr 2019 17:52
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi rayonunun təmas xəttinə yaxın olan bir neçə kəndinin sakinləri ərazidən keçən avtomobil yolunu bağlayıblar.

Teleqraf.com-un Qarabağ bölgəsi üzrə əməkdaşının verdiyi xəbərə görə, buna səbəb onların “Polat Yol Yapı” şirkətindən narazı olmasıdır.

Sakinlərin bildirdiyinə görə, ərazidəki çay yatağından yol tikintisi üçün qum və çınqıl daşıyan şirkətə məxsus ağırtonnajlı avtomobillər kənd yollarını yararsız vəziyyətə salıb. Sakinlər şirkətin yük avtomobillərinin hərəkətini məhdudlaşdırmasını tələb edir.


Müəllif: Hüseyn Paşayev