22 Oktyabr 2019 23:02
1 694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin yeni fotoşəkli üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, fotoşəkli professor Ədalət Tahirzadə sosial şəbəkədə paylaşıb.

Fotoşəkil Azərbaycan Cümhuriyyətinin (1918-1920) 1920-ci ilin yanvarında Almaniyaya oxumağa göndərdiyi Dr. Həmid Atamanın (2.2.1900, Qars – 18.3.1979, Ankara) qızı Narınç Ataman tərəfindən göndərilib.

Ə.Tahirzadə fotoşəkil haqqında bunları yazıb: “Ətrafdakıların heç birini tanımıram, ancaq arxada yan-yana Rəsulzadə, Şəfiqə xanım və onun ömür-gün yoldaşı Həmid Ataman dayanıblar. Xatırladıram ki, Münxendə ali tibb təhsili aldıqdan sonra Türkiyəyə getmiş Həmid Ataman orada Məhəmmədəmin bəyin ən sadiq silahdaşlarından idi.

O, Azərbaycan Kültür Dərnəyinin qurucularından biri və ilk sədridir”.


Müəllif: Dilqəm Əhməd