23 Oktyabr 2019 09:43
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İstefa ərizəmi təqdim etməyimlə bağlı xəbər doğrudur".

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib.

O qeyd edib ki, səhhəti ilə əlaqədar istefa vermək qərarına gəlib: "Bu gün saat 11:00-da Rəyasət Heyətində AMEA-nın Ümumi yığıncağı keçiriləcək və Akademiyaya yeni prezident seçkiləri keçiriləcək. Güman edirəm ki, mənim də ərizəm qəbul olunacaq".

Qeyd edək ki, A. Əlizadə ötən il AMEA-nın ümumi yığıncağında qurumun prezidenti seçilib.

***

09:35

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni prezidenti seçiləcək.

AMEA-dan Teleqraf.com-a bildirilib ki, günün ikinci yarısında akademiyanın Ümumi yığıncağı keçiriləcək.

Yığıncaqda AMEA-ya yeni prezident seçiləcək.

Qeyd edək ki, AMEA-nın hazırkı prezidenti, akademik Akif Əlizadənin 85 yaşı var. O, 2013-cü ildən bu vəzifəni tutur.


Müəllif: Teleqraf.com