23 Oktyabr 10:47
816

Yeni Baş Nazir Əli Əsədovun Nazirlər Kabinetində kadr islahatları davam edir.

Teleqraf.com xəbər verir ki, Ə.Əsədovun sərəncamları ilə Ələsgər Ələsgərov Baş Nazirin köməkçisi, Hikmət Xəlilov Nazirlər Kabinetinin İşlər müdiri təyin edilib.

Kadr islahatları Nazirlər Kabinetinin digər şöbələrini də əhatə edəcək.

***

09:29

Yeni təyin olunan Baş Nazir Əli Əsədov Nazirlər Kabinetində kadr islahatlarına başlayıb.

Ə.Əsədovun müvafiq əmri ilə Nazirlər Kabinetinin İşlər müdiri Adil Əhmədov, Baş Nazirin köməkçiləri Tofiq Sarıcalinski və Natiq Əzizov vəzifəsindən azad ediliblər.

Həmin vəzifələrə hələlik yeni təyinat olmayıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin oktyabrın 8-də imzaladığı sərəncamla Əli Əsədov Baş Nazir təyin edilib.


Müəllif: Teleqraf.com