23 Oktyabr 2019 13:16
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Tibb Universitetinin (ATU) kliniki farmakologiya kafedrasının assistenti, tibb elmləri namizədi Arzu Bəydəmirova Avrasiya Kardioloqlar Birliyinin Rusiyanın paytaxtı Moskvada keçirilən konfransında iştirak edib.

Teleqraf.com xəbər verir ki, beynəlxalq tədbirdə Arzu Bəydəmirova məruzə ilə çıxış edib. Mövzu aktuallığına və işlənmə metoduna görə münsiflər heyəti tərəfindən fərqləndirilib və diploma layiq görülüb.

Qeyd edək ki, 800-dən çox mütəxəssisin iştirak etdiyi tədbirin plenar iclası internet vasitəsilə canlı yayımlanıb. Toplantıda müxtəlif ürək xəstəliklərinin diaqnostikası və müalicəsi, xüsusilə ürək çatışmazlığının farmakoterapiyasında təsadüf edilən yeniliklərlə bağlı geniş müzakirələr təşkil olunub.


Müəllif: İmamət İsmayılova