23 Oktyabr 14:17
273

Azərbaycanda orta aylıq əməkhaqqının 2023-cü ildə 850 manata çatdırılacağı gözlənilir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edilir.

Proqnozlara əsasən, 2019-cu ildə Azərbaycanda orta aylıq əməkhaqqı 620,4 manat, 2020-ci ildə – 716,7 manat, 2021-ci ildə – 768,6 manat, 2022-ci ildə – 809,2 manat, 2023-cü ildə isə 849,9 manat təşkil edəcək.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda orta aylıq əməkhaqqı 544,6 manat olub


Müəllif: Teleqraf.com