23 Oktyabr 2019 14:40
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərinin Pirallahı rayonundan balıq tutmaq məqsədilə dənizə çıxaraq itkin düşən 1976-cı il təvəllüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Aviasiya dəstəsinin 1 ədəd helikopteri qəzanın baş verdiyi ehtimal olunan koordinatlarda axtarışlar aparır. Eyni zamanda, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən gündəlik sahilboyu ərazilərdə vizual axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.


Müəllif: Teleqraf.com