23 Oktyabr 2019 15:30
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya üzrə milyonlarla nüsxəsi satılan “Hər bir autizmli uşağın bilməyinizi istədiyi on fakt” autizmli bir uşağın dilindən deyilərək, anası tərəfindən yazılmış bir kitabdır. Bu ana isə, haqqında danışılan kitabın müəllifi, amerikalı yazıçı Ellen Notbohmdur.

Kitab ilk dəfə olaraq TEAS Press Nəşriyyat evi tərəfindən dilimizə tərcümə edilərək, insanları autizm barədə maarifləndirmək və ətrafımızda olan autizmli uşaqlara qarşı daha anlayışlı olmağı öyrədir.

“On Fakt” kitabının təqdimatı 26 oktyabr, saat 14:00-da, Elmlər Akademiyası metrosu ilə üzbəüz yerləşən “Libraff” kitab mağazasında keçiriləcək. Tədbirdə klinik-psixoloq Narınc Rüstəmova, həkim-psixiatr Araz Manuçöhri Lalei və nevroloq Aynur Zeynalova iştirak edəcək. Kitabın ixtisas redaktoru Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri Narınc Rüstəmovadır.

Təqdimat günü kitab əldə edən hər kəsə Narınc Uşaq Psixologiya Mərkəzi tərəfindən “Autizm şiddətinin ölçülməsi” testi hədiyyə olunacaq.

“Hər bir autizmli uşağın bilməyinizi istədiyi on fakt” kitabının təqdimatı gününə giriş sərbəstdir.

Ətraflı: www.teaspress.az

www.instagram.com/teaspressaz

www.facebook.com/teaspress


Müəllif: Teleqraf.com