17 Sentyabr 2014 14:29
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sentyabrın 18-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı ehtimal olunur.

Güclü şimal-qərb küləyi gündüz arabir güclənən mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Teleqraf.com xəbər verir ki, havanın temperaturunun gecə 15-17, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Rayonlarında isə sentyabrın 18-də arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, gecə saatlarında Böyük Qafqazın yüksək dağlıq ərazilərində sulu qara keçəcəyi gözlənilir. Qərb küləyi bəzi yerlərdə güclənəcək.

Havanın temperaturunun gecə 12-17, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

İlhamə


Müəllif:

Oxşar xəbərlər