Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) könüllü əsaslarla işləmək arzusunda olan gənc oğlan və qızları əməkdaşlığa dəvət edir.
Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər İdarənin müxtəlif sektorlarında 3 ay təcrübə keçmək imkanı qazanacaqlar.
Teleqraf.com BŞTİ-nin facebook sosial şəbəkəsinə istinadla yazır ki, idarənin könüllü işləmək istəyənlərdən tələbi belədir: “İntizamlı, xoşrəftar, kollektivdə işləmək bacarığı olan, kompüterdə işləməyi bacaran, xarici dil bilikləri olan, ali təhsilli və ya təhsil müəssisələrində son kurslarda oxuyan gənclər müraciət edə bilərlər: “Bunun üçün tərcümeyi halınızı (CV) [email protected] ünvanına göndərməyiniz xahiş olunur. Əlaqə telefonu: (012) 441 – 62 – 87, 441 – 04 – 99”
Könüllülük prinsipi ilə işləyənlərə İnsan resursları, İctimaiyyətlə əlaqələr, Ümumi təhsil, Məktəbdənkənar təhsil , İnformasiya təminatı, Ümumi sektor,
Təminat və təchizat sektorlarında iş təklif olunur.
SEVİL