Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məni Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin edib. Bu təyinat mənim üçün çox böyük şərəf və məsuliyyətdir.
Teleqraf.com xəbər verir ki, bu barədə Samir Nuriyev özünün “Feysbuk” sosial şəbəkəsindəki səhifəsində bildirib.
Samir Nuriyev daha sonra ona göstərilən bu yüksək etimada görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib. Əlavə edib ki, bu etimadı doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək.