Bu gün "Həzi Aslanov-İçərişəhər" istiqamətində hərəkət edən qatarın qapısında texniki problem yaranıb.
Bunu Teleqraf.com-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
B.Məmmədovun sözlərinə görə, problem səbəbindən qatarların hərəkətində 5 dəqiqə yubanma olub:
"Maşinist problemi aradan qaldırıb və qatar yola düşüb. Ümumən xəttə 5 dəqiqəyə qədər ləngiməyə yol verilib".