Dələduzluqda təqsirləndirilən Əli Ağaevli həbsdən azadlığa çıxıb.
Teleqraf.com xəbər verir ki, o, cəza müddəti başa çatdığı üçün saxlandığı Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fuad Kərimov 5 il, Əli Ağaevli isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.
Təqsirləndirilən şəxslərin hər ikisinin cəzası azaldılıb, onların hər birinə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Ali Məhkəmə onun barəsində olan qərarı qüvvədə saxlayıb.
İttihama görə, cinayət işi üzrə zərərçəkmiş qismində Qabil Mehdiyev tanınıb. Hər iki təqsirləndirilən şəxs ona qarşı 500 min manata yaxın dələduzluq etməkdə ittiham olunub. Təqsirləndirilən şəxslər ziyanı tam ödəyib.
“Hüquq, İqtisadiyyat və Sosial Tədqiqatlar” İnistitutunun direktoru, Dünya Azərbaycanlıları Konqresi (DAK) Məşvərət Məclisi sədrinin birinci müavini, sülh səfiri olmuş Əli Ağaevli 2010-cu və 2015-ci illərdə Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurası tərəfindən 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürüb.
O, həmçinin 2013-cü ildə “Yeni İslahatçılar” Təşəbbüs Qrupu tərəfindən prezidentliyə namizədliyini irəli sürüb, lakin sonradan Mərkəzi Seçki Komissiyasında ərizəsini geri götürüb.
Əli Ağaevli həmçinin şairdir, bir neçə kitabın müəllifidir.