5 Noyabr 2019 18:30
383
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

Bu barədə Teleqraf.com-a Şuradan məlumat verilib.

Bildirilib ki, iclasda yeni radio kanalının yaradılması məsələsi haqqında müzakirələr aparılıb.

Ümumrespublika radio kanalının açılması üçün Bakı və Abşeron ərazisində 102,0 MHz tezliyinə 12 noyabrdan 12 dekabradək müsabiqə elan olunması barədə qərar qəbul edilib.


Müəllif: Teleqraf.com