1 May 2014 10:26

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun IV qrant müsabiqəsindən maliyyələşmiş olan "Gənclər, gəlin günümüzü rəngləndirək!" adlı layihənin icrası başa çatıb.

Hazırlıqlarına mart ayından başlanılan layihədə gənclərin asudə vaxtlarını əylənərək və öyrənərək keçirmələri nəzərdə tutulurdu.

Layihə ilə bağlı öncədən 300-380 nəfər Azərbaycan Turizm İnstitutu tələbələri arasında sorğular keçirildi. Sorğu nəticələrinə görə gənclərin musiqi alətlərində ifa etməyi bacarmaqla bağlı həddən artıq maraqlarının olduğu məlum oldu.

Daha sonra ATİ-nin ikinci korpusunda informasiya xarakterli seminar tədbir keçirildi. Təlimlərdə iştirak etmək istəyən tələbələr üçün müvafiq şərait təmin edildi.

Teleqraf


Müəllif: Teleqraf.com
Загрузка...