7 Noyabr 2019 13:15
420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yağış yağanda Bakı şəhərində subasma halları müşahidə olunur. Burada çox səbəblər var. Vətəndaşların subasma, əvvəllər göl olmuş ərazilərdə ev tikmələri və sair. Kanalizasiya layihəsi sistemlərinin tam başa çatmaması da bir səbəbdir.

Teleqraf.com xəbər verir ki, bunu “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov yağış yağarkən Bakının bəzi ərazilərini su basması ilə bağlı suala cavab verərkən deyib.

O qeyd edib ki, bu tip yağışlar üçün dünyanın heç bir yerində infrastruktur qurulmayıb:

“Biz bu il 5 kritik yer müəyyənləşdirmişik. Bunlar Zabrat, Ramana, Bahar və Biləcəri qəsəbələri, eləcə də Abşeron rayonunun Məhəmmədi qəsəbəsidir. Gələn ildən bu ərazilərdə yağışdan sonra gölməçələrin qarşısını almaq mümkün olacaq. 2011-ci ildə kəskin yağışlardan sonra monitorinq apardıq və müəyyən işlər gördük. Şəhər surətlə inkişaf edir, əksər yerlər asfaltlanır, torpaq qatı azalır. Bu da torpağın su qurutmaq qabiliyyətini azaldır. Bundan əlavə kanalizasiyalara yad tullantılar atılır. Xüsusilə məişət, ticarət müəssislərindən tullantılar atılır. Xətlər tam gücü ilə işləyə bilmir. Xüsusilə yağışlar zamanı daşıyıcı xətlər çox yüklənir. Xətlərin yüklənməsinin bir səbəbi də əhalinin çoxalmasıdır”.


Müəllif: Səxavət

Oxşar xəbərlər