18 Sentyabr 2014 12:48
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Panama ən xoşbəxt ölkələr reytinqinə liderlik edir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Gallup-Healthways” şirkətinin dərc etdiyi reytinqdə deyilir. Siyahıda uğursuz ölkələr də qeyd olunub.

Reytinqin ilk onluğuna Panama ilə yanaşı, Kosta-Rika, Danimarka, Avstriya, Braziliya, El-Salvador, Uruqvay, İsveç, Kanada və Qvatemala daxildir.

Ən uğursuz ölkələr siyahısında Suriya, Əfqanıstan, Haiti, Konqo Demokratik Respublikası, Çad, Madaqaskar, Uqanda, Benin, Xorvatiya və Gürcüstan yer alıb.

“Gallup-Healthways” şirkətinin qlobal rifah reytinqi ölkələri vətəndaşların maddi rifahı, onların sosial müdafiə hissi, yaxınlarına münasibətləri, həyatdakı məqsədlərini anlaması, fiziki sağlamlıq kimi göstəricilər üzrə qiymətləndirir.

Mütəxəssislər qeyd ediblər ki, uğursuz ölkələr siyahısında tez-tez silahlı münaqişələrə cəlb edilən dövlətlər yer alır. Bununla yanaşı, xoşbəxtlik səviyyəsinə bəzən mentalitet xüsusiyyətləri təsir edir. Məsələn, regionlar üzrə ən yaxşı rifah göstəricisini Cənubi Amerika nümayiş etdirib. Hesabat müəlliflərinin fikrincə, buna optimist milli xarakter təsir göstərib. Müqayisə üçün qeyd edək ki, Şimali Amerikada ABŞ uğurlu ölkələr reytinqində yalnız 14-cü yerlə kifayətlənib. Kanadada hər üçüncü sakin beş göstəricidən üçü üzrə həyatdan razılığını bildirib.

İlhamə


Müəllif:

Oxşar xəbərlər