Müalicə üçün Bakıdan İstanbula aparılan hüquq müdafiəçisi Oqtay Güləliyevlə bağlı dəhşətli xəbər açıqlanıb.
Teleqraf.com-un məlumatına görə, Oqtay Güləliyevin oğlu Təbriz Güləliyev atasının son durumu ilə bağlı Türkiyə həkimlərinin rəyini açıqlayıb:
“Təəssüflər olsun... Türkiyə həkimləri atam Oqtay Güləliyevlə bağlı etdikləri (KT) müayinənin cavablarını açıqladılar.
Həkimlərin bildirdiyinə görə atamın beyın hüceyrələrindən 3-ü sıradan çıxıb. Bu o deməkdir ki, atam yaşadığı müddətdə hərəkət edə, danışa bilməyəcək. Ancaq reaksiyasız olaraq gözləri açıq olacaq...
Həmçinin, həkimlər bildiriblər ki, komadan ayılması uzun çəkə bilər. Bu müddət 6 ay, hətta 1 il belə ola bilər”.
Oqtay Güləliyev Türkiyədə - İstanbul şəhərində Avrasiya klinikasına yerləşdirilib.
Qeyd edək ki, hüquq müdafiəçisinin Türkiyədə müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.