9 Noyabr 2019 11:24
399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçayda XIV Nar festivalı keçirilir. Dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, xarici ölkələrin Azərbaycandakı səfirlərinin, beynəlxalq təşkilatların və diaspor nümayəndələrinin, yerli və xarici iş adamlarının qatıldıqları möhtəşəm nar bayramında minlərlə insan iştirak edir.

Teleqraf.com xəbər verir ki, XIV Nar festivalı ilə əlaqədar Göyçayda təşkilat komitəsi yaradılıb və tədbirlər planına uyğun olaraq hazırlıq işləri aparılıb.

Bayram tədbiri şəhərin Heydər Əliyev parkında və prospektində, habelə şahmat və musiqi məktəblərinin qarşısındakı park və küçələrdə təşkil olunub.

Bayram tədbirində nar və nar məhsullarının sərgi yarmarkası, eləcə də nar ilə bağlı müxtəlif müsabiqələr, oyunlar təşkil ediləcək.

Tədbirdə qonaqlar əl əməyi ilə yüksək ustalıqla hazırlanacaq nar şirəsinin, nar şərabının, nardançanın, gilələnmiş narın dadına baxacaq, ən böyük nar nümayiş olunacaq. Habelə, festivalda narın satışı da təşkil ediləcək.


Müəllif: Teleqraf.com