Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, son 2 sutka ərzində ən çox yağıntı olan rayonları açıqlayıb.
Teleqraf.com xəbər verir ki, həmin rayonlar: Astarada 51 mm (aylıq normanın 27 faizi), Göygöldə 36 (aylıq normanın 94 faizi), Qəbələdə 23 (aylıq normanın 29 faizi), Kişçayda (Şəki) 22 (aylıq normanın 32 faizi), Tərtədə 20 (aylıq normanın 80 faizi), Yardımlıda 18 (aylıq normanın 23 faizi).
Sentyabrın 18-də gecə Nabranda (Xaşmaz rayonu) 9 saat ərzində 38 mm yağıntı düşüb, bu da aylıq normanın 116 faizini təşkil edir.
Digər rayonlarda isə aşağıdakı kimi olub: Lənkəran-Astara 4-14, Böyük Qafqazda 4-13, Mərkəzi Aran rayonlarında 1-7, Qazax-Gəncə zonasında 3-10, Naxçıvan MR-da 0.4-1 mm. Sentyabrın 17-i Bakı şəhərinin bəzi ərazilərində az miqdarda yağmurlu hava şəraiti müşahidə olunub. Sentyabrın 18-si səhər isə yağış qeydə alınıb.
Böyük Qafqazın, Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin çaylarında sululuğun artımı müşahidə olunub.
İlhamə