10 Noyabr 2019 10:58
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının hava limanında əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən AZAL-ın Nyu-York-Bakı reysini yerinə yetirən təyyarəsinin kapitanı Gəncənin hava limanına eniş etmək qərarına gəlib.

Teleqraf.com AZAL-a istinadla xəbər verir ki, "Boeing 787 Dreamliner” təyyarəsi yerli vaxtla saat 07:33-də Gəncənin hava limanına uğurlu eniş edib.

Reysin sərnişinləri hava limanının terminalında yerləşdirilərək yemək və içkilərlə təmin olunublar.

Hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə Bakı vaxtı ilə 10:01-də Gəncədən Bakıya uçub.

Qeyd edək ki, güclü duman həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda bəzi reyslərin gecikməsinə səbəb olub. Lakin hazırda Bakının hava limanı normal qrafiklə işləyir.

***

Təyyarənin yerli vaxtla saat 10:37-də Heydər Əliyev Beynəlxalq Aeroportunda yerə endiyi bildirilir.


Müəllif: Teleqraf.com