10 Noyabr 2019 12:00
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Qarnizonu qoşunlarında 9 Noyabr Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, “Bayrağımız qürurumuzdur” mövzusunda keçirilən tədbirdə Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini, general-mayor Elman Orucov Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzi olan bayrağımızın 70 ildən sonra ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən 1990-cı il noyabrın 17-də Naxçıvanda qaldırıldığını qeyd edib. Vurğulanıb ki, bu gün 3 rəngli, ay-ulduzlu bayrağımız Azərbaycan səmasında əbədi olaraq qürurla dalğalanır.

Çıxışlar zamanı Heydər Əliyev adına Hərbi Liseyin rəisi, general-mayor Məhəmməd Həsənov bildirib ki, Vətənə sədaqətin və hərbi anda sadiqliyin simvolu olan bayrağımız hər birimiz üçün qürur mənbəyidir.

Silsilə tədbirlərdə mədəniyyət kollektivləri, kursantlar, şagirdlər və “Nərgiz” uşaq bağçasının balaca fidanları ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Sonda tədbirlərin fəal iştirakçıları mükafatlandırılıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər