10 Noyabr 2019 12:16
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Türk Anadolu liseyinin 2 c sinif şagirdi Turqut Atakişiyev vəfatının 81-ci ildönümü ilə bağlı Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə şeir həsr edib.

Teleqraf.com şeiri təqdim edir:

Türk atası- Atatürküm!

Adınla başlamış istiqlalımız,

Səninlə qazandıq bütün zəfərləri.

Canımız, ruhumuz, andımız sənsən,

Yaşam qaynağımız, ömrümüz sənsən!

Türk xalqını bu dünyaya tanıdan,

İlk öndəri, qəhrəmanı sən oldun.

Çanaqqala zəfərini qazanan,

Türk atası, Atatürküm sən oldun!

Uşaqların ruh qaynağı, ilhamı,

Gələcəyi, bütün ümidi sən oldun.

Türk bayrağını ucalara qaldıran,

Əziz atam, Atatürküm sən oldun!


Müəllif: Teleqraf.com