12 Noyabr 2019 12:25
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclis 11 məsələni müzakirəyə çıxaracaq.

Teleqraf.com xəbər verir ki, bu barədə parlamentin plenar iclasında spiker Oqtay Əsədov deyib.
Sədr bildirib ki, 2020-ci il büdcəsi sosial yönümlüdür.

Onun sözlərinə görə, 2020-ci il dövlət büdcəsində sosial müdafiəyə ayrılan maliyyə 31 %, təhsilə ayrılan vəsait 38%, elm xərcləri 42%, müdafiə sahəsinə ayrılan maliyyə 21% artırılıb.

Spiker bildirib ki, 2020-ci ildə icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar olaraq səhiyyə xərcləri 1 milyard 369 milyon manat olub.

Milli Məclis sədri əlavə edib ki, məcburi köçkünlərin problemləri diqət mərkəzində olacaq.

Oqtay Əsədov ölkədə aparılan iqtisadi islahatlara münasibət bildirib: “Xüsusilə də gömrük və vergi sahələrində ciddi islahatlar aparıldı. Təcədüfi deyil ki, Azərbaycan islahat aparılan ölkələr siyahısında ilk yerləri tutur. Ötən 9 ayda ÜDM 2.5 faiz artıb. Burada diqqətçəkən məqam qeyri-neft sektorununda olan artımdır. Ölkəmizin valyuta ehtiyyatları artıb və vəsaitlərin böyük hissəsi qeyri-neft sektoruna yatırılıb. Əhalinin gəliləri artıb, inflyasiya isə azalaraq 2.6 faiz civarında qərarlaşıb. Gələn il də iqtisadi göstəricilərin artacağı gözlənilir. Bunun nəticəsində ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə qədər yüksələcək”.

Xatırladaq ki, iclasda Baş nazir Əli Əsədov iştirak edir.


Müəllif: Cavad

Oxşar xəbərlər