18 Sentyabr 2014 15:25
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilən “2014-cü il - bələdiyyə seçkilərində gənclərin və qadınların aktivliyinin artırılması məqsədi ilə hüqüqi biliklərin aşılanması və maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində Şamaxı şəhərində dəyirmi masa keçirib.

Təşkilatdan Teleqraf.com-a verilən məlumata görə, Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan təşkilatın rəhbəri Vüqar Tofiqli layihə barədə geniş məlumat verib. Onun sözlərinə görə, təşkilat üç ay ərzində Bakının Suraxanı və Şamaxı rayonunda formalaşan bələdiyyələrində gəncləri və qadın seçiciləri maarifləndirməklə, onlar arasında seçki prosesində iştirakçılıq səviyyəsini, həm də seçici aktivliyini artırmaq niyyətiylə hüquqi dərslər həyata keçirib. Bundan əvvəl isə Şamaxı və Suraxanı rayonlarında hər birində əlli nəfər olmaqla sorğu keçirilib.

Təşkialtın ekspertlərinin iştirakı ilə Şamaxı bələdiyyələrinin son on ildəki fəaliyyəti təhlil edilib və onların qarşılaşdığı problemlərin həlli ilə bağlı müvafuq qurumlara təkliflər hazırlanıb. Sədrin sözlərinə görə, hazırda gənclərin və qadınların bələdiyyələrə marağını artırmaq üçün ilk növbədə bələdiyyə sisteminin qarşılaşdığı problemlərin aradan qaldırmaq üçün addımlar atılmalıdır. Qanunvericilikdə olan boşluqların aradan qaldırılması, icra hakimiyyəti orqanları ilə bələdiyyələr arasında qarşılıqlı münasibətlərin tənzimlənməsi üçün qanun hazırlanması, bələdiyyələrin kadr potensialının artırılması nəticəsində gənclərin və qadınların bələdiyyələrə marağını artırmış olacaqdır. Ötən il Şamaxı bələdiyyələrinin üst-üstə 300 min manat yerli büdcə gəliri olduğu deyən V.Tofiqli bu rəqəmin 2007-ci illə müqayisədə üç dəfə az oldugunu qeyd edib. Bu gün sanatoriya- kurort rüsumu və mədən vergisinin yığım səviyyəsi yox dərəcəsindədir.

Mirkənd bələdiyyəsinin sədri Zöhrab Əmrahov, Dağ Bağırlı kənd bələdiyyəsinin sədri Zahir Kərimov, Çabanlı kənd bələdiyyəsinin sədri Pərvizə Quliyeva, Meysəri kənd bələdiyyəsinin sədri Sərdar Bayramov, Mədrəsə kənd bələdiyyəsinin sədri Asif Bayramov çıxış edərək son illər dövlət tərəfindən bələdiyyələrin fəaliyyətinin inkişafına yönələn addımlardan danışıb və son bir il ərzində bələdiyyə sisteminin inkişafına yönələn hüquqi sənədlərin qəbulu ilə bağlı məqamlara da toxunulub.

Tədbirin sonunda irəli sürülən təkliflərin QHT ekspertləri tərəfindən ümumiləşdirilərək müvafq qurumlara müraciət edilməsi qərara alınıb. Qeyd edək ki, tədbirin işində Şamaxı RİH-in təmsilçisi, rayonun 37 bələdiyyəsinin sədri və bələdiyyə üzvü olan təhsil işçiləri iştirak ediblər.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər