13 Noyabr 2019 13:00
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci il büdcə layihəsi aktuallığı ilə ölkənin çiçəklənməsinə, xalqın rifahına hesablanan sənədlər toplusudur. Bunu hazırlayanlara təşəkkür edirəm. büdcə layihəsinə səs verəcəyəm.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisdə 2020-ci il dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən deputat Hüseynbala Mirələmov deyib.

Deputat bildirib ki, iki təklifi var:

“Azərbaycanda yaşıllıqların yayılması Prezident İlham Əliyevin, vitse-prezident Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə davam etdirilir, abad məhəllələr salınır. Bildiyiniz kimi cənab Prezidentin iştirakı ilə iki gün əvvəl deputat seçildiyim Xətai rayon ərazisində 30 minə qədər ağac əkilib. Bu çox müsbət hadisədir və görkəmli şairimiz İmaddədin Nəsiminin 650 illik yubileyi çərçivəsində 650 min ağac əkmək layihəsi çərçivəsində həyata keçirilib. 30 min ağacın əkilməsi çox əhəmiyyətli hadisədir, amma ağaclar suvarılmasa, onlar quruyacaq və sonra kəsiləcək. Avtomobil vasitəsilə ağacları suvarmaq çətin, bəlkə də mümkün deyil. Mən baş nazirdən və maliyyə nazirindən xahiş edirəm ki, ağacların suvarılması üçün proqram hazırlansın. Artizian və texniki sular vasitəsilə bunu həyata keçirmək mümkündür”.

Deputat həmçinin Lerikin bir kəndinə su, digər kəndinə qaz çəkilməsi məsələsinin vacibliyini bildirib.


Müəllif: Cavad

Oxşar xəbərlər