13 Noyabr 2019 13:29
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşdan qəbul edilib.

Teleqraf.com xəbər verir ki, Milli Məclis plenar iclasda səsləndirilən təkliflərlə bağlı hökumətə noyabrın 26-na qədər vaxt verib.

Bu müddətdə hökumət parlamentdə səsləndirilən təklifləri nəzərdən keçirəcək.

Büdcə müzakirəsi noyabrın 26-da davam edəcək.


Müəllif: Cavad