13 Noyabr 2019 17:00
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda minimum pensiya 1 il ərzində 116 manatdan 200 manata çatdırılıb. Davamlı olaraq bununla bağlı iş aparılır. İlk dəfə Azərbaycanda minimum pensiya yaşayış minimumunun üzərində olub.

Teleqraf.com xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə çıxış edərkən deyib.

Nazir bildirib ki, pensiya alan bir çox şəxslərə, xüsusilə də əlilliyi olan şəxslərə əlavə müxtəlif təqaüdlər ödənilir: “Məsələn, Qarabağ münaribəsi əlilliy olan şəxslərə 250 manata qədər müstəlif təqaüdlər ödənilir, digər əliliy olan şəxslərə 100 manat və bu kontingent kifayət qədər genişdir.

Təxminən pensiya alan şəxslər arasında 400 min nəfəri əlavə təaqüdlər alır. Bu proses davamlı olacaq, Azərbaycanda minimum penisyanın artırılmasına dair işlər görüləcək”.


Müəllif: Cavad