14 Noyabr 2019 10:52
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin olunub.

Bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis baş leytenantı Məmmədov Vüqar Tapdıq oğlu Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, əvvəlki rəis, polis mayoru Həsənov Eldəniz Maksim oğlu bir müddət əvvəl Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi təyin olunub./report/


Müəllif: Teleqraf.com