14 Noyabr 2019 13:15
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun əməliyyat təlimində qoşunlar və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına yerdəyişməsi, cəbhə və ordu aviasiyasının ehtiyat aerodromlarına köçürülməsi, eləcə də raket və artilleriya qoşunlarının ehtiyat atəş və start mövqelərinə çıxarılması üzrə tapşırıqlar icra edilib.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əməliyyat təliminin niyyətinə uyğun olaraq əməliyyatlarda atəş dəstəyi həyata keçirəcək bölmələr təyin edilən məntəqələrə çıxarıldıqdan sonra növbəti mərhələyə hazırlıqla bağlı tapşırıqlar icra edirlər.


Müəllif: Teleqraf.com