Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Astara rayonu ərazisində icazəsiz ov edən şəxsləri saxlayıb və onların ov tüfəngləri müsadirə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, araşdırma zamanı ov edənlərin Astara rayon sakinləri - Ramin Əliyev, Xəyalət Hüseynov və Ramin Nuriyev olduğu məlum olub.
Faktla bağlı təqsirkarlar barəsində protokol tərtib olunub və hər biri inzibati qaydada 1000 manat məbləğində cərimə edilib.