18 Noyabr 2019 12:04
459
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 21-də Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycanın miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

DİM-dən Teleqraf.com-a verilən məlumata görə, müsabiqənin test imtahanı mərhələsində iştirak etmək istəyən namizədlər dekabrın 16sı saat 18.00-dək Mərkəzin saytında qeydiyyatdan keçməlidirlər.

Namizədlər imtahana yazılmaq üçün“Şəxsi kabinet” yaratdıqdan sonra bank kartı və ya ödəmə terminalları vasitəsilə imtahanda iştirak haqqını (82 AZN) hesablarına əlavə edib qeydiyyatdan keçməlidirlər.

İmtahanın keçiriləcəyi yer və başlama saatı haqqında məlumat qeydiyyat prosesi başa çatdıqdan sonra veriləcək


Müəllif: Teleqraf.com