18 Noyabr 2019 15:32
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

DOST Agentliyinin 1 saylı DOST mərkəzinə 50 000-ci vətəndaş müraciəti qeydə alınıb.

Yasamal rayon sakini Validə Abbasova DOST-a Sosial xidmət sahəsində göstərilən xidmət ilə bağlı müraciət edib. O, 6 aydır fəaliyyət göstərən 1 saylı DOST mərkəzinin xidmət göstərdiyi 50 000-ci vətəndaş kimi tarixə düşüb.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov vətəndaşa təşəkkürnamə və simvolik hədiyyələr təqdim edib və DOST xidmətlərindən istifadə etdiyi üçün ona təşəkkürünü bildirib.
Validə Abbasova DOST Mərkəzində göstərilən xidmətlərdən razı qaldığını deyib. O, sosial sahədə vətəndaşlara yüksək səviyyədə xidmət göstərən bu cür qurumların yaradılmasına görə dövlət başçısına minnətdarlığını bildirib.

Mayın 9-da açılışı olan 1 saylı DOST mərkəzi Bakı şəhərinin Yasamal və Səbail rayonlarının sakinlərinə xidmət göstərir. Mərkəzə hər gün orta hesabla 400 vətəndaş müraciət edir. Aparılan monitorinqin nəticələri göstərir ki, vətəndaşların göstərilən xidmətlərdən məmnunluq səviyyəsi çox yüksəkdir.

2019-2025-ci illər üzrə “DOST regional proqramı”na əsasən Bakıda və respublikanın regionlarında 31 DOST mərkəzinin açılması nəzərdə tutulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər