19 Noyabr 2019 12:20
388
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis Mülki Prosessual Məcəlləyə, “Uşaq hüquqları haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlara dəyişiklik edib.

Teleqraf.com xəbər verir ki, bu barədə deputatlara Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Komitə sədri deyib ki, qanunlara dəyişiklik övladlığa götürmə ilə bağlıdır.

O, xatırladıb ki, övladlığa götürmə sonda məhkəmə yolu ilə öz həllini tapır: “Qanunlara dəyişiklik bu prosedurun şəffaf aparılması və asanlaşdırılmasını nəzərdə tutur".

Qanun layihələri səsə qoyularaq qəbul edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər