20 Noyabr 2019 17:11
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müştəriyönümlu strategiyası ilə seçilən “Nar”, təklif etdiyi məhsul və xidmətlərini abunəçilərdən gələn sorğular əsasında davamlı olaraq inkişaf etdirir.

Mobil operator istifadəçilərin ehtiyac duyduğu əlavə xidmətləri yüksək keyfiyyətdə təqdim etməklə yanaşı, şirkətin şəffaflıq prinsipinə uyğun olaraq abunəçilərini istənilməyən qoşulmalardan da qoruyur. Mobil operator arzuolunmaz SMS göndərişləri, vebsəhifələrdən avtomatik qoşulma, səsli bələdçi xidməti ilə yönləndirmələr kimi müştəri təcrübəsinə mənfi təsir edə biləcək xidmətlərin abunəçilərə təqdim edilməməsi üçün lazımi tədbirlər görür. Belə ki, “Nar” abunəçiləri narahat edə biləcək xidmət göstərən məzmun təminatçısı şirkətləri ilə əməkdaşlıq etmir. Bu isə “Nar” abunəçilərinə yalnız şəxsi seçim əsasında ehtiyac duyduqları xidmətləri aktivləşdirmə imkanı verir.

“Müştərilərimizin istifadə etdikləri xidmətlər, eləcə də bu xidmətlərə qoşulma üsullarında tam şəffaflığın təmin edilməsi “Nar”-ın müştəriyönümlü strategiyasının əsas tərkib hissələrindən biridir. Məqsədimiz müştərilərimizi spam xarakterli arzuolunmaz qoşulmalardan qorumaqdır. Uzun müddətdir ki, biz bu istiqamətdə çalışırıq və hələ ötən il işlərimizin böyük bir qismini tamamlamışdıq. Bu gün isə böyük məmnuniyyətlə bildiririk ki, artıq bu göstəricini sıfır həddinə çatdırmağa nail olmuşuq. “Nar” müştəriyönümlü strategiyasına sadiq qalaraq, hər zaman abunəçilərə yüksək keyfiyyətli xidmət göstərməyə davam edəcək”, - deyə “Azerfon”un Kommersiya İdarəsinin direktoru Qəhrəman Kazımov bildirib.

Abunəçilər yarana biləcək istənilən sualla bağlı “777” qısa nömrəsinə zəng edərək 24/7 rejimində çalışan Müştəri Xidmətlərinə, “Nar”-ın “Facebook”, “Twitter” və “Instagram” səhifələrinə, onlayn çata müraciət edə və qısa müddət ərzində sorğularına cavab ala bilərlər. Bundan başqa, “Nar+” mobil tətbiqinin “İstifadə tarixçəsi” bölməsindən də sərfiyyat haqqında lazım olan bütün informasiyanı əldə etmək mümkündür.

Qeyd edək ki, “Nar” həyata keçirdiyi müştəriyönümlü strategiya və təqdim etdiyi yüksək keyfiyyətli xidmət sayəsində 2 il ərzində ilk dəfə olaraq mobil operatorlar arasında müştəri loyallığı indeksi üzrə birinci olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər