22 Noyabr 2019 11:24
407
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının qərargahında mətbuat konfransı keçirib.

Teleqraf.com xəbər verir ki, komitə sədri qadın və uşaqların hüquqlarının müdafiəsi sahəsində nailiyyətlər əldə edildiyni bildirib.

O qeyd edib ki, bu istiqamətdə qanunvericilik hazırlanıb, Ailə Məcəlləsinə dəyişiklik edilib: “Bu, davamlı prosesdir. Bizim sahə ilə bağlı olan qanunlar təkmilləşdirilir. Erkın nikahların sayı azalıb. Əgər 18 yaşadək nikaha girən qızların sayı 2011-ci ildə 5138 idisə, sonra respublika üzrə çox güclü marifləndirmə işləri apardıq və nəticədə 2012-ci ildə azalma baş verdi.

2018-ci ildə bu rəqəm respublika üzrə 338 olub. Eyni zamanda 15-17 yaşlı qızlar tərəfindən 2011-ci ildə 4392 uşaq dünyaya gətirilmişdisə, 2018-ci ildə bu rəqəm 2129-a düşüb.

Ancaq bu da bizi rahatlaşdırmır. Bu prosesə bir çox dövlət qurumları qoşulub. Onu da qeyd edim ki, bu, ölkə prezidentinin və birinci vitse-prezidentin nəzarətində olan məsələdir”.


Müəllif: Səxavət

Oxşar xəbərlər