Dövlət Komitəsinə ən çox müraciət alimentlərin ödənilməsi ilə bağlıdır. Biz bu il təklif etdik ki, Aliment Fondu yaradılsın. Mütləq bu iş üzərində çalışacağıq.
Teleqraf.com xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
Komitə sədri bir çox insanların bu ideyanı dəstəklədiyini vurğulayıb: “Birincisi, aliment öhdəliyi olan bu alimenti vermirsə, onun ölkədən çıxışı qadağan olunmalıdır. İkincisi, dövlət alimenti verir, sonra alimenti ödəməyəni iki qat çox aliment ödəməyə məcbur edir. Nəticədə bu, dövlətə də xeyir gətirir. Biz bununla bağlı təcrübəni öyrənmək üçün Qərb ölkələrinə mütəxəssislərimizi göndırdik”.
H.Hüseynova qeyd edib ki, Maliyyə Nazirliyinə, hüquq-mühafizə orqanlarına və Ədliyyə Nazirliyinə bununla bağlı müraciət edilib: “Mənim bildiyim qədər Ədliyyə Nazirliyi də bu ideyaya dəstək verməyə hazırdır”.