22 Noyabr 2019 17:09
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) gənc alim və tədqiqatçılar üçün ödənişsiz erməni dili kursları təşkil edir.

Teleqraf.com xəbər verir ki, erməni dilini başlanğıc səviyyədən öyrənmək istəyən magistr və ya doktorantura dərəcələrinə malik olan və gələcəkdə elmi fəaliyyətlə məşğul olacaq şəxslər kurslarda iştirak üçün müraciət edə bilərlər.

Kurslara dövlət qurumlarının nümayəndələri də qatıla bilərlər.

Kursların dekabrın 1-dən başlanması nəzərdə tutulur. Müraciət üçün son tarix noyabrın 28-dir.


Müəllif: Səxavət