22 Noyabr 2019 17:36
1 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar “Bakı kart”ların itməsi ilə bağlı şikayətlər çoxalıb. Əgər kart itərsə və ya ələ keçirilərsə, nə etmək lazımdır?

“Bakı Kart”dan Teleqraf.com-a verilən məlumata görə kartın sahibi yükləmə qəbzi ilə birlikdə müəssisəyə müraciət etməlidir: “Yükləmə qəbzinin və şəxsiyyət vəsiqəsinin sürətini təqdim edib, ərizə yazmalıdır. Bu zaman kartın üzərində olan seriya nömrəsi qeyd olunur və kart bloklaşdırılır”.

Qeyd edək ki, kart bloklaşdırıldıqdan sonra məbləğ yeni karta köçürülür.

Aysel Azad


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər