Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il 245 min insanda beyin və sinir sistemi şişi qeydə alınır. Son 10 ildə beyin xərçəngi xəstələrinin sayı artmaqdadır.
Teleqraf.com xəbər verir ki, araşdırmaların nəticələrinə görə, bu ölümcül şişlər beyinin elektrik şəbəkəsinə birləşərək, özlərinin inkişaf etməsi üçün sağlam hüceyrələri öldürürlər.
Ölümcül beyin xərçəngləri normal hüceyrələrin böyüməsinin qarşısını almaq üçün vampir kimi fəaliyyət göstərir.
Beyin şişlərində yaş, radiasiya və ailə bağları vacibdir. Beyin şişlərinə daha çox yetkin insanlarda rast gəlinir. Şüalanmanın təsiri, nəzarətsiz radiasiya terapiyası, nüvə qəzaları beyin xərçənginin inkişafında vacib amillərdir.
Yüksək gərginlikli xətlər, mobil telefonlar və məişət cihazlarından yayılan digər radiasiya növlərinin beyin şişlərini meydana gətirdiyinə dair kifayət qədər dəlil yoxdur.
Beyin xərçənginin əlamətləri hansılardır?
Beyin xərçənginin irsi olaraq keçdiyi məlumdur. Bundan əlavə, bəzən həzm sistemi, reproduktiv və sidik yolları, anadangəlmə anomaliyalarda beyin xərçəngi öznü göstərə bilir. Xəstəliyin əlamətləri və simptomları şiş ölçüsü, yeri, növü və böyümə sürətinə görə dəyişir.
Baş ağrısı, ürəkbulanma, qusma, görmə problemi, görmə məsafəsinin daralması, xüsusən bədənin yarısında zəiflik və hiss pozğunluğu, yaddaş və qavrayış pozğunluqları, şəxsiyyət və davranış dəyişiklikləri, epileptik tutmalar, xüsusən də əvvəllər tutulmamış yetkin xəstələrdə nöbet, eşitmə problemləri kimi simptomlara sahib ola bilər.
Xəstəliyin müalicəsi şiş tipinin beyndə yerləşmə və ölçüsünə görə dəyişir. Erkən diaqnoz vacibdir və beyin şişlərinin müalicəsində bir çox metod istifadə olunur. Cərrahi üsullarla yanaşı, radiasiya terapiyası, lazer əməliyyatı, kimyaterapiya kimi üsulları da tətbiq edilir.
Aysel Azad