İngiltərəli mütəxəssislərin araşdırmalarına görə, sosial şəbəkələr gənclərin həyatına birbaşa mənfi təsir etməsə də, yuxu və məşq kimi sağlam fəaliyyətə sərf edə biləcəkləri vaxtı azaldır.
Teleqraf.com xəbər verir ki, mütəxəssislərin fikrincə, valideynlər gənclərə axşam saat 10-dan sonra telefondan istifadəyə qadağa qoymalı və onları fiziki fəaliyyətə təşviq etməlidirlər.
Tədqiqatlar, xüsusən də qızların sosial mediada tez-tez "kiber təqiblərə" məruz qaldıqlarına və bunun psixoloji pozuntulara səbəb olduğuna işarə edir. Mütəxəssislər sosial medianın oğlanlara mənfi təsirlərinin daha çox araşdırmalı olduğunu düşünürlər.
“Lanset” Uşaq və yeniyetmələr sağlamlığı qrupu 3 il ərzində İngiltərədə 16 yaşa qədər olan 12 mindən çox uşaq və yeniyetmələr arasında sorğu keçirib. İlk mərhələdə 9 yaşlı uşaqlardan hər gün İnstaqram, Feysbuk, Votsap və Tvitter kimi sosial media tətbiqlərindən hansı aralıqlarda istifadə etdikləri soruşulub.
Qızların 51, oğlanların 43 faizi sosial media tətbiqetmələrini gündə üç dəfədən çox istifadə etdiklərini söyləyib. Bu rəqəm 11 yaşında oğlanlar arasında 69 faiz, qızlar arasında 75 faizə qədər artıb.
Eyni qrupdan 10 yaşındakı uşaqlardan zehni sağlamlıq ilə bağlı forma doldurmaları istənib və "kiber təqiblər", yuxu, fiziki fəaliyyətlər haqqında suallar verilib.
11 yaşlarında isə onlardan xoşbəxtlikləri və həyatlarından nə dərəcədə məmnun olduqları barədə sualları cavablandırmaqları istənib.
Gün ərzində üç dəfədən çox sosial mediadan istifadə edən gənc qız və oğlanların zehni sağlamlıqlarının pozulduğu və psixoloji pozğunluqlar yaşadıqları müşahidə olunub.
Tədqiqatçılar sosial mediadan istifadənin psixi sağlamlığa təsir etdiyinə dair güclü dəlillər var.
Qızlarda daha çox yuxu problemi, "kiber təqib" və fiziki fəaliyyət əskiklikləri qeydə alınıb.
Bənzər təsirlər oğlanlarda müşahidə olunsa da, qızlara nisbətən daha az olub.
Aysel Azad