24 Noyabr 2019 15:36
2 291
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin deputatları - Azər Badamov, Eldəniz Səlimov və mən Qusar rayonunun Xurel kəndinə getdik. Bir neçə gün əvvəl zəhərlənmədən dünyasını dəyişən Bakı Dövlət Universitetinin IV kurs tələbəsi Şəkər Faiq qızı Xasmətovanın yas mərasimində iştirak etdik, ailəsinə və yaxınlarına başsağlığı verdik.

Teleqraf.com xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Aydın Mirzəzadə Feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, mərhum halının pisləşməsi barədə nişanlısına məlumat veribmiş: "Şəkər öz həmkəndlisinə nişanlı imiş, təcili yardım həkimi getdikdən sonra nişanlısı ilə telefonla danışır, başının ağrıdığını bildirir. Nişanlısı təcili Bakıya gəlmək istəsə də Şəkər razı olmur. Şəkər universiteti bitirdikdən sonra ixtisası üzrə öz kəndlərindəki orta məktəbdə fizika müəllimi işləmək arzusunda imiş".

Aydın Mirzəzadə qeyd edib ki, dünən Şəkər Xasmətovanın qrup yoldaşları onu son mənzilə yola salmağa gediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər