Bu gecə Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında qeydə alınan torpaq sürüşməsi ilə bağlı hadisə yerinə Fövqəladə Hallar nazirinin birinci müavini Rəfail Mirzəyev və digər rəsmilər gedib.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva deyib.
G.Mehdiyeva bildirib ki, FHN rəhbərliyi və mütəxəssislər əraziyə baxış keçirib, müşahidələr aparıblar.
Qeyd edək ki, sürüşmə zonasına Baş nazir Əli Əsədov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbəri Saleh Məmmədov da gedib