26 Noyabr 2019 11:57
412
12 Punto 14 Punto 16 Punto 18 Punto

Trans-Anadolu qaz kəməri (TANAP) Azərbaycanla Türkiyənin regionda enerji təhlükəsizliyi ilə bağlı birgə yanaşmasının məhsuludur və digər vacib enerji layihələrinin reallaşdırılması üçün təkan olacaq.

Bunu Türkiyə Prezident Administrasiyasından deyiblər.

Qeyd olunub ki, TANAP qaz kəmərinin ikinci sahəsinin açılışı təkcə Türkiyə və Azərbaycan üçün deyil, bütün region üçün əlamətdar hadisədir:

“TANAP energetikanın “ipək yolu”dur və strateji xarakter daşıyır”.

Administrasiyadan bildiriblər ki, TANAP-ın reallaşdırılması Bakı ilə Ankara arasında dayanıqlı və möhkəm münasibətlərin göstəricisidir.

Qeyd edək ki, TANAP-ın ikinci mərhələsinin açılışı noyabrın 30-da Ədirnə vilayətinin İpsala rayonunda baş tutacaq.

TANAP Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin bir hissəsidir.

İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.

Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.

Boru kəməri 2019-cu ilin iyununda Yunanıstan sərhədinə çatacaq. Sınaq işlərindən sonra ilin sonunadək Yunanıstana təbii qaz nəql ediləcək./trend/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər