27 Noyabr 2019 18:24
460
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirində dövlətimizin elm və təhsil sahəsi, ictimai-siyasi sferası, dövlətçiliklə bağlı məsələlərlə yanaşı gənclərlə əlaqədar çağırış etdi. Bu gün ali təhsil müəssisələrində oxuyan tələbələr gələcəkdə Azərbaycanın idarəçiləri olacaqlar. Bu baxımdan gənclərimiz dövlətçilik ənənələrini bilməli, hər zaman milli və mənəvi dəyərlərə bağlı, ən yeni tariximizdən xəbərdar olmalıdırlar.

Bu sözləri Teleqraf.com-a açıqlamasında YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

O, ulu öndər Heydər Əliyev 1987-ci ildə hakimiyyətdən gedəndən sonra Azərbaycana qarşı Qorbaçovun məkrli siyasətinin başlandığını, anti-azərbaycançıların apardığı siyasət nəticəsində Dağlıq Qarabağ və ətraf rayonların işğal olunduğunu xatırlatdı:

“Daha sonra müstəqillik dönəmində, 1993-cü ildə ulu öndər qayıdana qədərki dövrdə tələbələr bilərəkdən və bilməyərəkdən, siyasi qrupların iştirakçısına çevrilirdilər, zorla otaqdan çıxarıb mitinq və aksiyalara aparılırdılar. AXC-Müsavat rəhbərləri o vaxtkı gəncliyi təxminən 2 il müddətə aldada bilmişdilər, bu gün heç kəs anti-milli qüvvələrə, Əli Kərimli kimi nankor, Əli İnsanov kimi dövlətin çörəyini yeyib özünü siyasi gedişçi adlandırmaq istəyən sabun köpüyünə bənzəyən insanlara heç vaxt inanmayacaq”.

Seymur Orucov qeyd edib ki, 30 illik dövrdə əldə olunan nailiyyətlər Azərbaycan gəncliyinə verilən ən böyük qiymətdir: “Ölkə başçısının vurğuladığı kimi, anti-Azərbaycan qüvvələri gəncləri əsas hədəf seçiblər, onları xalqa, Vətənə, ənənəvi dəyərlərə qarşı qaldırmaq istəyirlər. Xarici qüvvələr 1991-93-cü illərdə gəncləri aldadıblar, həmin adamların indi 50-60 yaşı var, o insanlara bata bilmirlər, gənclərin beynini zəhərləməyə çalışırlar. Azərbaycan gəncliyi ayıq-sayıqdır, ağıllıdır, həmin insanları yaxşı tanıyır. Şər qüvvələr kökü özümüzdən olan baltalardan istifadə edib gəncləri çaşdırmağa cəhd edir, düzgün olmayan yollar göstərməyə çalışırlar. Cənab prezident də qeyd etdi ki, bunun nəticəsi olmayıb, olmayacaq da. Azərbaycan gəncləri vətənpərvərdir, Vətənə bağlı olduğu üçün onların məkrli niyyətləri baş tutmayacaq, ancaq sənəd üzərində qalacaq. Biz qısa zamanda nə qədər uğurlar əldə etmişik, dövlətimizin belə güclü olmasını görmək istəmirlər. Ölkə başçısı qeyd etdi ki, AXC-Müsavat cütlüyü dövründə prezidentin kabinetinin qapısını xarici səfirlər ayaqları ilə açırdılar, ona göstərişlər verirdilər. İndi Azərbaycanda o cür idarəetmə sistemi ola bilərmi? Qətiyyən mümkün deyil. Çünki dövlətimiz çox qüdrətlidir. Cənab prezident hər zaman gəncliyi, Azərbaycan dövlətini qoruyub, qoruyur və daha güclü edir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər